Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
30.06.2020 11:45
  • A-
  • A
  • A+

Magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib

AMEA-nın Aşqarlar Kimyası (AKİ), Neft Kimya Prosesləri (NKPİ) və Radiasiya Problemləri (RPİ) institutlarının magistrantlarının dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə baş tutan müdafiədə ümumilikdə 6 magistrant "Kimya", "Neft kimya", "Ətraf mühit kimyası" və "Təbii və fizioloji fəal maddələr kimyası" ixtisasları üzrə dissertasiya işlərini təqdim ediblər.

Müdafiə zamanı “C4-C8 dialkilaminlərin üzvi və qeyri-üzvi komplekslərinin sintezi və tədqiqi”, “Reduksiya olunmuş qrafen oksidin katalitik iştirakı ilə neft karbohidrogenlərinin oksidləşməsi prosesinin tədqiqi”, “Termal suların ekoloji əlverişli istifadəsi üçün çoxfunksiyalı reagentlərin sintezi və tədqiqi” mövzularında dissertasiyalar müzakirə olunub. Həmçinin “Rodanidlərin yeni törəmələrinin sintezi və tədqiqi”, “Asetofenonun tioqlikol turşusu və aminlərlə üçkomponentli reaksiya məhsullarının sintezi və aşqar kimi tədqiqi”, “Triptofanın sink kompleksinin radioqoruyucu təsirinin öyrənilməsi” mövzularında yerinə yetirilən magistrlik dissertasiyaları dinlənilib.

Mövzular ətrafında geniş müzakirə aparılıb, magistrantlara müvafiq dərəcələrin verilməsi haqqında qərar qəbul edilib.

Müzakirələrdə AMEA-nın akademik-katibi, müxbir üzvü Əminağa Sadıqov, NKPİ-nin direktoru, akademik Vaqif Abbasov, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Müdafiə şurasının üzvləri, müvafiq institutların Təhsil şöbələrinin müdirləri və magistrantların elmi rəhbərləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: