www.science.az
30.06.2020 12:48

Polimer Materialları İnstitutunda doktorluq imtahanı keçirilib

AMEA prezidentinin 12 iyun 2020-ci il tarixli tarixli “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, Polimer Materialları İnstitutunda “Makromolekullar kimyası” ixtisası üzrə doktorluq imtahanı baş tutub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədovun müvafiq əmri ilə müəssisədə imtahan komissiyası yaradılıb.

Keçirilən imtahan uğurla başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.