Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tarix İnstitutunun direktor müavini “Lider” televiziyasının qonağı olub
08.07.2020 10:50
  • A-
  • A
  • A+

Tarix İnstitutunun direktor müavini “Lider” televiziyasının qonağı olub

AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov iyulun 5-də “Lider” televiziya kanalında yayımlanan “Sədadan sonra” verilişinin qonağı olub. O, Azərbaycan tarixində 1918-1920-ci illər arasında baş verən hadisələr haqqında ətraflı məlumat verib.

Alim Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli qərarına əsasən, ermənilərə dövlət yaratmaq üçün İrəvanla birlikdə bir sıra digər Azərbaycan torpaqlarının verilməsinin səbəbləri barədə danışıb.

O, Prezident İlham Əliyevin çağırışlarına və Tarix İnstitutunun qarşısında qoyduğu vəzifələrə cavab olaraq nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqat əsərindən bəhs edib. Qeyd edib ki, monoqrafiya 8 dilə tərcümə olunaraq dünyanın bir çox ölkələrində nəşr olunub.

C.Bəhramov institutun direktoru, akademik Yaqub Mahmudovun təşəbbüsü ilə dünyanın 10-dan çox ölkəsindən arxiv sənədlərinin toplanılaraq ölkəmizə gətirildiyini və real tarixi faktların aşkara çıxarıldığını vurğulayıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: