Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Rusiyada keçirilən beynəlxalq onlayn konqresdə iştirak ediblər
10.07.2020 11:42
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Rusiyada keçirilən beynəlxalq onlayn konqresdə iştirak ediblər

7-9 iyul 2020-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” IV beynəlxalq konqresi keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd son illərdə elm, mühəndislik və texnologiya sahəsində aparılan yeni tədqiqatları təqdim etmək, eləcə də  alim, mühəndis və gənc tədqiqatçılar arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Onlayn formada təşkil olunmuş konqresdə proqram mühəndisliyi, elektrik mühəndisliyi, təhsil texnologiyaları, nanomühəndislik, nanotexnologiyalar, texnologiya və innovasiya kimi mövzularda müzakirələr aparılıb.

Beynəlxalq tədbirə Azərbaycan da daxil olmaqla ABŞ, Rusiya, İtaliya, Türkiyə, Gürcüstan və digər ölkələrdən onlarla alim və tədqiqatçı qatılıb. Konqresdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları - şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, baş mütəxəssis Tamilla Bayramova və böyük elmi işçi Roza Şahverdiyeva məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, konqresin ikinci seksiyası T.Bayramovanın moderatorluğu ilə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: