Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi çapdan çıxıb
10.07.2020 11:50
  • A-
  • A
  • A+

“AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının yeni nömrəsi çapdan çıxıb

İqtisadiyyat İnstitutunun “AMEA-nın xəbərləri. İqtisadiyyat seriyası” jurnalının 2020-ci il üçün ikinci nömrəsi çapdan çıxıb.

Jurnalda 15-i Azərbaycan, 2-si rus dilində olmaqla 17 elmi məqalə dərc olunub.

Nəşrdə "Rəqəmsal iqtisadiyyatda dəyər və rəqəmsal vergi", "İnsan kapitalının inkişaf etdirilməsi məşğulluq səviyyəsinin indikatoru kimi", "Azərbaycanda bərk məişət tullantılarından istifadənin təşkili və idarə edilməsi", "Azərbaycanda audit xidmətinin inkişaf problemləri", "Davamlı və dayanıqlı inkişaf üzrə dünya təcrübəsi" və digər başlıqlı yazılar yer alıb.

Xatırladaq ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 1966-cı ildən nəşr olunan jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin” siyahısına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: