Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutu alimlərinin belaruslu həmkarları ilə birgə məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
10.07.2020 14:03
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu alimlərinin belaruslu həmkarları ilə birgə məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu alimlərinin belaruslu həmkarları ilə birgə məqaləsi “Journal of Molecular Structure” nəşrində (impakt faktoru 2.463) dərc olunub.

Məqalə institutun direktoru, akademik Vaqif Fərzəliyev, elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, elmi işçiləri - kimya üzrə fəlsəfə doktorları Səbiyə Osmanova, Sevinc Qocayeva və Könül Qəhrəmanovanın Belarus Milli Elmlər Akademiyası (BMEA) Bioaktiv Maddələrin Biokimyası İnstitutu ilə birgə çalışdıqları “Feniltiokarbamid və asetofenon əsasında heteroatomlu yeni birləşmələrin sintezi, bioloji fəaliyyətin kompüter tədqiqi” elmi-tədqiqat işinin nəticələrinə həsr olunub.

Məqalədə yeni sintez olunmuş fizioloji aktiv maddələrin alınması metodları, onların kristal quruluşunun müfəssəl öyrənilməsi və bioloji fəallıq spektrinin kompüter tədqiqi əksini tapıb. Bu tədqiqatlar Aşqarlar Kimyası İnstitutu ilə BMEA-nın Bioaktiv Maddələrin Biokimyası İnstitutu arasında “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası, onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” müştərək beynəlxalq layihəsi çərçivəsində yerinə yetirilib.

Xatırladaq ki, “Web of Science” bazasında arxivləşən “Journal of Molecular Structure” kimyada molekulyar quruluşların tədqiqatına həsr olunan Q1 reytinqli jurnallardan biridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: