Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İsrail yeni nəsil kəşfiyyat peykini orbitə buraxıb
13.07.2020 10:49
  • A-
  • A
  • A+

İsrail yeni nəsil kəşfiyyat peykini orbitə buraxıb

İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi “Ofek-16” kəşfiyyat peykini uğurla kosmosa buraxıb.

ria.ru saytı xəbər verir ki, buraxılış “Şavit” işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.

Müdafiə Nazirliyinin bəyanatına əsasən, “Ofek-16” qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk sınaqlardan uğurla keçib.

Xatırladaq ki, İsrailin “Ofek-1” qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.

  • Paylaş: