Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası yekunlaşıb
13.07.2020 12:17
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası yekunlaşıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.

Karantin rejiminin tələblərinə uyğun olaraq onlayn təşkil edilən imtahanların sonuncusu "Radiasiya materialşünaslığı" ixtisası üzrə "Radiasiya qeydedici cihazların əsasları" fənnindən keçirilib.

Qeyd edək ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və elmi müəssisənin digər rəhbər şəxsləri magistrantların yay imtahan sessiyasının bütün imtahanlarında iştirak edib, müdafiə işləri haqqında təklif və tövsiyələr səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: