Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın yaradılmasının 75 ili münasibətilə kitab və buklet hazırlanacaq
13.07.2020 13:34
  • A-
  • A
  • A+

AMEA-nın yaradılmasının 75 ili münasibətilə kitab və buklet hazırlanacaq

Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 75 ili tamam olur. Bu dövr ərzində AMEA respublikada fundamental və tətbiqi elmin mərkəzinə çevrilərək, elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, eləcə də elmin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb.

AMEA-nın 75 illik yubileyi ilə əlaqədar qurumun fəaliyyətinin geniş işıqlandırılması, bu mötəbər elm ocağının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərin tanıdılması, eyni zamanda, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın artırılması məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 7 iyul 2020-ci il tarixində Sərəncam imzalayıb. Sənədə əsasən, AMEA-nın üzvlərinə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının və Akademiya haqqında təfsilatlı məlumat bukletinin hazırlanaraq nəşr olunması nəzərdə tutulub.

Qeyd edək ki, hər iki kitab AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən nəşrə hazırlanacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: