Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim “Space” televiziya kanalında su qıtlığı problemlərindən danışıb
13.07.2020 14:07
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim “Space” televiziya kanalında su qıtlığı problemlərindən danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov “Space” televiziya kanalının qonağı olub.

AMEA ilə yanaşı, Azərsu və Azərenerji ASC, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər, eləcə də Səhiyyə nazirlikləri nümayəndələri və jurnalistlərin iştirak etdiyi “El bizim, sirr bizim” verilişində Azərbaycan çaylarında yaranmış azsululuq, su çatışmazlığı problemləri müzakirə olunub, vəziyyətdən çıxış yolları haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycanın əsas su arteriyası olan Kür çayında su səviyyəsinin azalma səbəblərindən danışan coğrafiyaşünas alim transsərhəd çaylarından istifadə üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayan və öhdəlik daşımayan Gürcüstan ərazisindən gələn Kür çayı suyunun 25 faiz azalmasının, Azərbaycan ərazisindəki buzlaqların, eləcə də yağan qarın 2 dəfə azalmasının yağıntı və buzlaq suları ilə qidalanan çayların su səviyyəsinin aşağı enməsinə səbəb olduğunu diqqətə çatdırıb.

O, həmçinin Kürdə yaranmış vəziyyəti düzəltmək üçün çayın deltasında yığılıb qalmış lilin təmizlənməsini vacib hesab edib. Azərbaycanda su probleminin həllində qənaətçiliyin mühüm rol oynadığını vurğulayan M.Həsənov işlənmiş suyun emalından sonra onun təkrar istifadəsini, yağış, qar sularının toplanaraq suvarmada və digər məqsədlərlə tətbiq olunmasını, evlərə gələn suyun boşuna axıdılmasına yol verilməməsini qeyd olunan problemlərin çıxış yolu olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: