Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Rafael Hüseynov “Bizi birləşdirən mədəniyyət” verilişinin qonağı olub
21.07.2020 13:29
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov “Bizi birləşdirən mədəniyyət” verilişinin qonağı olub

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov AZTV-nin Mədəniyyət kanalında yayımlanan “Bizi birləşdirən mədəniyyət” verilişinin qonağı olub. Alim incəsənətimiz və ədəbiyyatımızda vətənpərvərlik mövzusu ilə bağlı müsahibə verib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni Azərbaycan mədəniyyəti, incəsənətinin mərkəzi adlandıran akademik R.Hüseynov vətənpərvərlik mövzusunun təbliğində bu qurumun əvəzsiz xidmətləri olduğunu vurğulayıb. O, vətənpərvərlik ruhunun təbliğinə uşaq yaşlarından başlanılmasının zəruriliyindən danışaraq, bunun üçün orta məktəblərdə xorların təşkilinin bu istiqamətdə atılacaq zəruri addımlardan olduğunu vurğulayıb.

R.Hüseynov təhsil və dərslik siyasətinin mükəmməl şəkildə qurulmasının əhəmiyyətindən bəhs edib. Sovet dövrü təhsilinin uşaqların mərhələli şəkildə vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük təcrübəyə malik olduğunu qeyd edib. O, əlavə edib ki, müasir dövrdə Sovet hakimiyyətinin bu təcrübəsindən də bəhrələnməklə gənc nəslə vətənpərvərlik hisslərini aşılamaq olar.

Alim vurğulayıb ki, Qarabağ uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olmuş şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində gedən döyüşlərdə həyatını itirmiş general-mayor Polad Həşimovun adının əbədiləşdirilməsi istiqamətində işlər görülməli, onların göstərdiyi şücaət gənc nəslə təbliğ olunmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: