İyulun 28-də saat 23:00-da Azərbaycan Radiosunda, FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” ədəbiyyatşünas alim, Azərbaycanın Xalq yazıçısı, professor Gülhüseyn Hüseynoğluna həsr ediləcək.
Verilişin aparıcısı AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.
Qeyd edək ki, G.Hüseynoğlu görkəmli Azərbaycan şairi Mikayıl Müşfiq barədə elmi-monoqrafik əsərin, tədqiqat xarakterli məqalələrin müəllifi olub. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, onun bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tutub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.