Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklorşünas alimin monoqrafiyası Almaniyada işıq üzü görüb
11.08.2020 12:28
  • A-
  • A
  • A+

Folklorşünas alimin monoqrafiyası Almaniyada işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlının ikicildlik "Azərbaycan türk mifologiyası" kitabının 360 səhifəlik birinci cildi rus dilində (“Azerbaydjanskaya tyurkskaya mifologiya 1: osnovnıye istoçniki, pervonaçalnıye etapı mifoloqiçeskix soznaniy, sistema pervobıtnıx vozzreniy, reliqiya i mif”) Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyada Azərbaycan türklərinin mifologiyasının tədqiqat tarixi, nəzəri-kateqoriya aspektləri, araşdırılması yolları, mifogenezis, mifoloji görüşlərdə arxetipik simvollar, struktur poetikada mifoloji amillər, struktur təhlil sistemlərinin əsas kateqoriyaları, mifik düşüncənin genetik strukturu və s. məsələlər ilk dəfə sistemli şəkildə təhlil edilib. Bundan əlavə, Azərbaycan türklərinin sakral düşüncə atributları, ən əski bədii yaradıcılıq formaları – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılıqlı əlaqələri, bağlılığı, mifologiyanın bir sıra nəzəri məsələləri, spesifik xüsusiyyətləri, bəzi arxetiplərin mənşəyi, yaranma yolları, ritual-mifoloji rekonstruksiya problemləri araşdırılıb.

Qeyd edək ki, yeni nəşr dünyanın dörd qitəsində, 100-ə yaxın ölkədə satış mərkəzləri olan “Amazon” kitab ticarəti şəbəkəsində yayımlanmağa başlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: