Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunan monoqrafiya çapdan çıxıb
12.08.2020 14:37
  • A-
  • A
  • A+

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunan monoqrafiya çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyası işıq üzü görüb.

Nəşr Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunub. Vəsaitin ilk səhifəsində “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli sərəncamı və həmin sənədə əsasən təsdiq olunmuş Tədbirlər Planı yer alıb.

Monoqrafiyada 1995-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının ən mühüm cəhətləri tədqiq edilib, muxtar respublikanın dinamik və davamlı inkişafı, baş verən dəyişikliklər, qazanılan nailiyyətlər faktiki materiallar əsasında öyrənilib.

Əsərdə göstərilib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanı qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətə çevirib.

Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikası da dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində, sosial-iqtisadi və mədəni inkişafında uğurlu fəaliyyət göstərib, yüksək nailiyyətlər qazanıb.

Nəşrdə muxtar respublikasının müstəqillik yollarında əldə etdiyi uğurlar, keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı başlıqda verilən tədqiqat materiallarında əhatəli şəkildə oxucuların diqqətinə çatdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: