Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Dilçilik İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA Dilçilik İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbirdə institutun Elmi Şurasının üzvləri və gənc mütəxəssislər iştirak ediblər.İclası giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən, fil.ü.e.d., professor Fəxrəddin Veysəlli gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini qeyd etdi. Şuranın yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən danışan alim elmi qurumda çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini nəzərə çatdırdı.Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildilər.İdarə heyətinin tərkibi 4 nəfərdən ibarət olmaqla şuranın sədri fiologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, müavinləri fiologiya üzrə fəlsəfə doktorları Cahid İsmayılov və Nəzakət Qazıyeva, katibi fiologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov seçildilər.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: