www.science.az
16.09.2020 10:18

İdarəetmə Sistemləri İnstitutunda yeni tədris ili başlayıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda təhsil alan II kurs magistrantların 2020/2021-ci tədris ilinin payız semestri üzrə ilk dərsləri keçirilib.

Dərslər “Skype” və “Zoom” platformaları vasitəsilə distant şəkildə təşkil olunub.

Qeyd edək ki, hazırda müəssisənin II kurs magistraturasında “Riyaziyyat”, “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 10 magistrant təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.