Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub
21.09.2020 11:29
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub

AMEA-nın Dendrologiya İnstitutunun Ağac və kol bitkilərinin intoduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi işçisi Elnarə Salahovanın məqaləsi yüksək impakt faktorlu “Bulletin of Science and Practice” elmi jurnalında işıq üzü görüb.

“Abşeron şəraitində zirinc növlərində yayılan xəstəlik törədiciləri və zərərvericiləri” adlı məqalədə Abşeron yarımadasının quru subtropik iqlim şəraitinə introduksiya olunan zirinc cinsinə aid növlərin xəstəlik törədicilərinin, zərərvericilərinin və  mübarizə tədbirlərinin öyrənilməsi məsələlərinə toxunulur. Bundan əlavə, yaşıllaşdırmada xəstəlik və zərərvericilərə qarşı davamlı növlərdən istifadə olunması, salınan yaşıllıqların uzun ömürlülüyü və iqtisadi cəhətcə səmərəliliyi, məqsədəuyğunluğu vurğulanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: