Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fizika İnstitutu ilə Energetika Nazirliyi birgə əməkdaşlıq imkanlarını müzakirə edib
06.10.2020 11:30
  • A-
  • A
  • A+

Fizika İnstitutu ilə Energetika Nazirliyi birgə əməkdaşlıq imkanlarını müzakirə edib

AMEA-nı Fizika İnstitutu ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında videokonfrans keçirilib.

Görüşdə Energetika naziri Pərviz Şahbazov, nazir müavini Elnur Soltanov, nazirin müşaviri Cavid Abdullayev, nazirin köməkçisi Rauf Rzayev, nazirliyin sektor müdiri Cahid Mikayılov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov  iştirak ediblər.

Videokonfransda Ayaz Bayramov “AMEA Fizika İnstitutunda qabaqcıl nazik təbəqəli texnologiyaların inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, nazik təbəqəli günəş elementlərinin müasir vəziyyətinin qısa icmalını verib, institutda yeni tip günəş elementlərinin yaradılmasından və perspektiv planlardan bəhs edib.

Daha sonra Energetika naziri Pərviz Şahbazov və akademik Nazim Məmmədov mövzu ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə yaxın vaxtlarda yenidən birgə planlar haqqında müzakirələr aparılması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: