Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.10.2020 11:41
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun II kurs magistrantları ilə görüş keçirilib

Geologiya və Geofizika İnstitutunun II kurs magistrantları ilə görüş keçirilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadə müəssisənin II kurs magistrantları ilə görüşüb.

Görüşdə GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş HüseynovTəhsil şöbəsinin müdiri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Səadət Ələkbərova iştirak ediblər.

Akademik Akif Əlizadə gənclərə müəssisənin geologiya və geofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri və burada aparılan tədqiqatlardan danışıb. Bildirib ki, elmimizin gələcəyi olan magistrantlardan dərin biliyə yiyələnmək, faydalı təcrübə qazanmaq tələb edilir və bunun üçün GGİ-də hər cür texniki imkan, iş şəraiti və ədəbiyyat mövcuddur.

Akademik II kurs magistrantların dissertasiya işlərinin mövzuları üzərində ciddi işləmələrini tövsiyə edib. Onların qarşısında mühüm vəzifələrin durduğunu, elmi tədqiqat işlərində fəal və məhsuldar olmağın zəruriliyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin magistrantların buraxılış və aparılan çöl tədqiqat işləri haqqında müzakirələr aparılıb. Akif Əlizadə hər bir magistrantın elmi işinin gedişatı ilə maraqlanıb, zəruri məsləhətlər verib, elmi rəhbərlərin məsuliyyətini xatırladıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: