Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Muxtar İmanovun moderatorluğu ilə ”Müstəqilliyimiz gələcəyimizdir” adlı konfrans keçirilib
19.10.2020 15:12
  • A-
  • A
  • A+

Akademik Muxtar İmanovun moderatorluğu ilə ”Müstəqilliyimiz gələcəyimizdir” adlı konfrans keçirilib

18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Müstəqilliyimiz gələcəyimizdir” adlı onlayn konfrans keçirilib.

Tədbiri universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq konfrans iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin 29-cu ildönümü münasibətilə təbrik edib. O, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etmək yolunda xalqımızın verdiyi mücadilədən, müstəqilliyin ilk günündən qarşılaşdığımız erməni terrorunun acı nəticələrindən söz açıb. Akademik daha sonra Milli Məclisdə 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında konstitusiya aktı”nın qəbul olunmasından danışıb və bildirib ki, erməni işğalçıları yenicə qazandığımız müstəqilliyi hər vasitə ilə sarsıtmaq, xalqımızın iradəsini qırmaq istəyirdilər. Həmin illərdə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev müstəqilliyimizin qorunması üçün mühüm işlər görüb.

Akademik ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün geniş islahatlar apardığını və müdrik qərarları ilə xalqımıza xidmət etdiyini vurğulayıb. O, son günlər şanlı ordumuzun 30 il düşmən işğalında olan Vətən torpaqlarının azad ediıməsi yolunda göstərdiyi misilsiz şücaətindən söz açıb.

Konfransda ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdir əvəzi, fil.f.d. Ülfət İbrahimin fransız dilində “Müstəqilliyə gedən yol və Qarabağ münaqişəsi”, Filologiya fakültəsinin tələbələri Səmra Novruzovanın ingilis dilində “Azərbaycanın əbədi müstəqilliyi”, Sənan Cabbarlının ispan dilində “Müstəqilliyin 29-cu ildönümünün gətirdiyi sevinc” və Elşən Hüseynlinin “Ölkəmizin qan bahasına qazandığı Müstəqilliyi!” adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: