23 oktyabr 2020-ci il tarixində saat 11:00-da AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun mənəvi irsində millilik və bəşərilik: çağdaş yanaşmalar” mövzusunda onlayn respublika elmi konfransı keçiriləcək.
Tədbir görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixində Sərəncam imzalayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.