Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Botanika İnstitutunun iclasında ordumuzun qələbələrindən danışılıb
23.10.2020 12:47
  • A-
  • A
  • A+

Botanika İnstitutunun iclasında ordumuzun qələbələrindən danışılıb

AMEA-nın Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Gəncə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İclası institutun direktoru, Elmi şuranın sədri, akademik Validə Əlizadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmrilə ordumuzun cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatı zamanı qazandığı qələbələri yüksək qiymətləndirib, işğal altındakı şəhər və kəndlərimizin azad olunması münasibətilə iştirakçıları təbrik edib, tezliklə bayrağımızın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda göylərə yüksəldiləcəyinə inadığını söyləyib.

Sonra müəssisənin elmi katibi, b.ü.f.d. Xuraman Xəlilova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin akademiyanın kollektivi adından Ermənistanın terror əməlləri ilə bağlı dünya birliyinə müraciətini iştirakçıların diqqətinə çatdirib.

Daha sonra institutun direktor müavini, b.ü.e.d, professor Eldar Novruzov karantin rejimi şəraitində Biologiya və Tibb Elmləri Bölməsindən daxil olan tapşırıqların icrası və müəssisə əməkdaşlarının nüfuzlu jurnallarda çap işləri haqqında, Təhsil şöbəsinin müdiri, b.ü.e.d. Kəmalə Əsədova isə qurumun magistraturasına qəbulla bağlı Elmi şura üzvlərinə məlumat veriblər.

Sonda Botanika İnstitutunun dövri jurnallarının nəşri, magistratura təhsili, struktur dəyişikliyi, əmək intizamı (karantin rejiminin uzadılması və rejimə ciddi riayət və s.) və digər məsələlərin müzakirəsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: