Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Botanika İnstitutunun alimləri hesabat veriblər
30.11.2020 10:46
  • A-
  • A
  • A+

Botanika İnstitutunun alimləri hesabat veriblər

AMEA-nın Botanika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Müəssisənin direktoru, şuranın sədri, akademik Validə Əlizadənin rəhbərliyi ilə baş tutan iclasda qurumun şöbə və laboratoriyalarının illik hesabatları dinlənilib.

Tədbirdə Ali bitkilərin sistematikası və coğrafiyası laboratoriyasının müdiri, b.ü.f.d. Rəşad Səlimov, Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Ş.Muxtarova, Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani, Bitki ehtiyatları şöbəsinin müdiri, professor Eldar Novruzov və Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva hesabatlarını təqdim ediblər. Məruzəçilər aparılan elmi tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti və beynəlxalq indeksli jurnallarda öz əksini tapmış məqalələr barədə məlumat veriblər. Həmçinin beynəlxalq elmi əlaqələr və layihələr, müvafiq elektron məlumat bazaları, ekspedisiyalar, əməkdaşların nəşriyyat fəaliyyəti və onların əsərlərinə istinadlar, beynəlxalq səviyyəli elmi müşavirələrdə iştirak edilməsi haqqında məlumatlar şura üzvlərinin diqqətinə çatdırılıb.

Daha sonra məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: