www.science.az
12.01.2021 15:07

YT Parkın Vətən müharibəsində iştirak edən əməkdaşları təltif olunublar

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdi. Tarix yazan qəhrəman Azərbaycan ordusu ölkəmizin haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Bu qəhrəmanlar arasında AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları da var.

Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş YT Parkın şəbəkə adminstratoru Qurbanəli Azayev və Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsinin aparatçısı Razi Nuriyev texnopark tərəfindən “Təşəkkürnamə” və mükafatla təltif ediliblər.

Qeyd edək ki, Q.Azayev Kəlbəcər istiqamətində, R.Nuriyev isə Qubadlıda gedən döyüşlərdə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.