Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaşünas alim: "Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını artıracaq"
19.01.2021 15:01
  • A-
  • A
  • A+

Coğrafiyaşünas alim: "Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını artıracaq"

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev Qarabağın inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

40 il öncə Kəlbəcərdə, Murovdağda tədqiqat işləri apardığını və o yerlərə bələd olduğunu deyən alim Şuşaya dəmiryol xəttinin çəkilməsini və Füzulidə beynəlxalq aeroportun tikintisini qürur hissi ilə dilə gətirib.

“Söyüdlü (Zod) qızıl və digər faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar Kəlbəcərin ölkəmizdə dağ-mədən hasilatının mərkəzi olan Daşkəsənlə birbaşa əlaqəsinin yaradılması məqsədilə gələcəkdə bu istiqamətdə dəmir yolunun çəkilməsi Kəlbəcərin ümumi iqtisadi potensialının dəfələrlə artmasına səbəb olacaq”, - deyə o bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: