Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK “Nizami Gəncəvi - 880” adlı ikihissəli videoslayd hazırlayıb
22.01.2021 16:01
  • A-
  • A
  • A+

MEK “Nizami Gəncəvi - 880” adlı ikihissəli videoslayd hazırlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən qüdrətli söz və fikir ustadı, dahi şair Nizami Gəncəvinin parlaq irsini özündə əks etdirən nəşrlərdən ibarət ikihissəli “Nizami Gəncəvi - 880” adlı videoslayd hazırlanıb. Videoslayda MEK-in zəngin fondlarında qorunan Azərbaycan və xarici dillərdə ümumilikdə yüzə yaxın nəşrlərdən seçmələr daxil edilib.

Nizami Gəncəvinin “Xəmsə”sindən “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl”, “İsgəndərnamə” əsərləri, görkəmli şərqşünas, nizamişünas alimlərinin dəyərli araşdırmaları, tərcümələri haqqında məlumatlar yerləşdirilib.

Həmin videoslaydları oxucular linklərdən (birinciikinci hissə) izləyə bilərlər.

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında yanvarın 5-də Sərəncam imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: