Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dünyanın aparıcı nəşrlərində seysmoloq alimin əsərlərinə istinadlar artıb
26.01.2021 15:59
  • A-
  • A
  • A+

Dünyanın aparıcı nəşrlərində seysmoloq alimin əsərlərinə istinadlar artıb

Azərbaycanın seysmoloq alimlərinin nüfuzu dünyada artmaqdadır. Son illər dünyanın bir sıra nüfuzlu elmi dərgilərində, elmi əsərlərin yer aldığı beynəlxalq veb səhifələrdə, eləcə də dünya alimləri öz məqalələrində azərbaycanlı seysmoloq alimlərin əsərlərinə istinadlar edirlər.

Məlumat üçün bildirək ki, beynəlxalq Academia.edu veb səhifəsində yerləşdirilmiş məqalələrdə akademiyanın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin məqalələrinə 160 dəfə istinad olunub.

Digər beynəlxalq veb səhifə “Google scholar”da isə Q.Yetirmişlinin məqalələrinə 485 dəfə istinad edilib. Həmçinin 2021-ci ilin ilk günlərində “Google scholar”da alimin əsərlərinə 18 dəfə istinad olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: