Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans keçiriləcək
15.11.2013 00:00
  • A-
  • A
  • A+

“Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans keçiriləcək

20-21 noyabr 2013-cü il tarixlərdə saat 11:00-da AMEARadiasiya Problemləri İnstitutunda akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunmuş “Radiasiya tədqiqatları və onların praktiki aspektləri” mövzusunda VIII elmi konfrans keçiriləcək. AMEA, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın bir sıra ölkələrinin tanınmış alimlərinin iştirakı gözlənilir. Konfransda “Radiasiya tədqiqatları, onların praktiki aspektləri”, “Nüvə enerjisi, status və perspektivləri”, “Nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri”, “Radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri)”, “Respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri”, “Radioekoloji durum, problemlər və onların həlli yolları” mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: