Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Azərbaycan incəsənətində Nizami obrazı" mövzusunda elmi kofrans keçiriləcək
26.02.2021 15:54
  • A-
  • A
  • A+

"Azərbaycan incəsənətində Nizami obrazı" mövzusunda elmi kofrans keçiriləcək

3 mart 2021-ci il tarixində saat 12:00-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda "Azərbaycan incəsənətində Nizami obrazı" mövzusunda onlayn respublika elmi kofransı keçiriləcək.

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda "Nizami obrazı monumental heykəltəraşlıqda", "Nizaminin qəzəlləri Üzeyir Hacıbəylinin yaradıcılığında", "Nizami və qəhrəmanları kitab qrafikasında", "Nizami humanizmində insan və cəmiyyət", "Nizami Gəncəvi irsi və Azərbaycan teatr sənəti" və digər mövzularda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: