Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rəsədxana əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib
02.03.2021 15:32
  • A-
  • A
  • A+

Rəsədxana əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mirnamik Bəşirov Türkiyənin Kayseri Universitetinin təşkilatçılığı ilə onlayn keçirilən “USBIK 2021 Beynəlxalq Elm Konfransı”nda iştirak edib.

Beynəlxalq konfransda Mirnamik Bəşirov “Təkzərrəcikli toqquşmasız Günəş küləyi plazması üçün maqnithidrodinamik köçürmə tənliklərinin bəzi xüsusi həlləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

Tədbirin yekununda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, konfransa təqdim edilmiş materiallar cari ilin ilk yarısında Kayseri Universiteti tərəfindən dərc ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: