Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

“Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailəsi ilə görüş keçirilib
12.03.2021 10:40
  • A-
  • A
  • A+

“Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailəsi ilə görüş keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova, klub üzvləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Şahnaz Hümbətova və Azərbaycan Turizm və Menecment Universitetinin II kurs tələbəsi Nəzrin Bağırova “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində II Qarabağ müharibəsi şəhidi Şəhriyar Qasımovun ailəsini ziyarət ediblər.

Layihə iştirakçıları Ş.Qasımovun ailəsi ilə görüşdə onun haqqında xatirələri dinləyib və şəhidin evində xatirə əşyalarından ibarət guşə ilə tanış olublar.

Şəhriyar Qasımov 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olub. Vətən müharibəsi günlərində Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli uğrunda gedən döyüşlərdə rəşadət göstərən Ş.Qasımov 2020-ci il oktyabrın 26-da şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

Şəhid Ş.Qasımovun hərbi geyim dəsti, döyüşə gedərkən özü ilə apardığı bayraq, zədələnmiş saatı muzeyin elmi işçisi Sahibə Ələkbərovanın vasitəsilə muzeyə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: