Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.03.2021 12:08
  • A-
  • A
  • A+

“SOCAR Downstream Management” MMC-nin rəhbərliyi NKPİ-də olub

“SOCAR Downstream Management” MMC-nin rəhbərliyi NKPİ-də olub

“SOCAR Downstream Management” MMC-nin Baş direktoru Mustafa Mesut İlter və Baş direktorun müavini Emil Alxaslı AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.

NKPİ-nin direktoru, akademik Vaqif Abbasov qonaqlara müəssisənin tarixi, aparılan elmi-tədqiqatlar, istehsalata tətbiq olunan işlər, mövcud analitik cihazlar və Heydər Əliyev adına Neft Emalı Zavodu ilə institut arasında uzun illər davam edən əməkdaşlıq haqqında geniş məlumat verib.

Sonra Mustafa Mesut İlter Heydər Əliyev adına Neft Emalı Zavodunda gedən yenidənqurma işləri, tikilən qurğular, istehsal olunacaq yeni məhsullar haqqında danışıb.

Görüşdə əməkdaşlıq sahəsində müzakirələr aparılıb və mütəmadi məsləhətləşmələrin keçirilməsi qərara alınıb.

Sonda qonaqlar akademik Yusif Məmmədəliyevin institutda yaradılmış Memorial Muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: