Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Baharın Azərbaycana gəlişi vaxtı məlum oldu
17.02.2015 00:00
  • A-
  • A
  • A+

Baharın Azərbaycana gəlişi vaxtı məlum oldu

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcəkdir.

Onun sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəkdir. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaqdır. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaqdır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Martın 17-i Azərbaycanda axır çərşənbə, fevralın 24-ü isə ilk çərşənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: