Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın 70 illik yubileyinə hazırlıq vəziyyəti müzakirə olunub
04.11.2015 17:02
  • A-
  • A
  • A+

AMEA-nın 70 illik yubileyinə hazırlıq vəziyyəti müzakirə olunub

Məlumdur ki, AR Prezidenti İlham Əliyev ölkəmizdə ali elmi qurum olan Аzərbaycan Milli Еlmlər Аkademiyasının xalqımızın elmi-mədəni və sosial-ictimai tərəqqisində mühüm rolunu nəzərə alaraq, onun 70 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Tədbirlər planı” təsdiq olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 20 noyabr 2013-cü il tarixli qərarı ilə Tədbirlər planının icrası AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılmışdır.

Bu gün AMEA Rəyasət Heyətinin iclasında çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA-nın 70 illik yubileyinə hazırlıq vəziyyəti haqqında məlumat verib. Bildirib ki, ötən müddət ərzində fəaliyyət göstərən Təşkilat komitəsi tərəfindən AMEA-nın 70 illik yubiley tədbirləri ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, yubileyə hazırlıq vəziyyəti qənaətbəxş hesab edilib. AMEA-nın aidiyyəti qurumlarına tapşırılıb ki, Tədbirlər planından irəli gələn vəzifələrin icrası istiqamətində digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Qərarın icrasına nəzarət AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

 

  • Paylaş: