Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Bakı Avropa Liseyinin şagirdləri Fəxri Fərmanla təltif edilib
30.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Bakı Avropa Liseyinin şagirdləri Fəxri Fərmanla təltif edilib

 

Bakı Avropa Liseyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə liseyin müəlliməsi Aynur Quliyevanın rəhbərliyi ilə H.Cavidin əsərlərindən parçalar səhnələşdirilib, şeirlərindən nümunələr səsləndirilib.

Bununla əlaqədar olaraq, Bakı Avropa Liseyinin tədbirdə fəal iştirak edən 9-cu sinif şagirdləri və Aynur Quliyeva H.Cavid irsinin təbliğinə görə AMEA Hüseyn Cavidin Ev Muzeyinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Fəxri Fərmanları təqdim edən muzeyin elmi katibi İlahə Novruzova liseyin direktoru Zülfiyyə Veysovaya və təşkilatçılara təşəkkürünü bildirib, bu cür tədbirlərin təşkilinin məktəblilərin bədii-estetik tərbiyəsində və H.Cavid yaradıcılığına marağın artmasında böyük rol oynadığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: