Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

UETM və AMEA müştərək Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri Proqramı çərçivəsində 2014-cü ilin layihələr müsabiqəsini elan edir
07.02.2014 00:00
  • A-
  • A
  • A+

UETM və AMEA müştərək Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri Proqramı çərçivəsində 2014-cü ilin layihələr müsabiqəsini elan edir

Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) və Azərbaycan Milli Elmlər Akademiyası arasındakı əməkdaşlıq haqqında bəyanata əsasən Мəqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri (TRDI) Proqramı çərçivəsində aşağıdakı prioritet sahələr üzrə 2014-ci ilin layihələr müsabiqəsi elan olunur:

1. Təbiət elmləri, biotibb, əczaçılıq və insan sağlamlığının qorunması;

2. Kənd təsərrüfatının biotexnologiyası, torpaqların bərpası və ərzaq təhlükəsizliyi;

3. Enerji sənayesinin səmərəliliyi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi (təbii və texnogen risklər), bərpa olunan enerji.

Müsabiqədə iştirak etmək istəyənlərin ərizə formasını dolduraraq adalathasanov@yahoo.com ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat almaq üçün www.stcu.int saytına müraciət edə bilərlər.

Əlaqə tel: 5382074

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: