Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Elmlər Akademiyalarının Beynalxalq Assosiasiyasının “Elektron texnikasının funksional materialları” üzrə Elmi Şurasının üzvləri seçiliblər
17.02.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Elmlər Akademiyalarının Beynalxalq Assosiasiyasının “Elektron texnikasının funksional materialları” üzrə Elmi Şurasının üzvləri seçiliblər

Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif Əlizadə və vitse-prezidenti, akademik İbrahim Quliyev Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının və Ukrayna Milli Elmlər Akademiyasının prezidenti, akademik Boris Evgenyeviç Patonun dəvəti ilə Assosiasiyanın 20 illiyinə həsr olunmuş yubiley iclasında iştrak ediblər.

Ukraynanın Kiyev şəhərində keçirilmiş iclasda, həmçinin EABA-nın “Elektron texnikasının funksional materialları” üzrə Elmi Şuranın tərkibi təsdiq edilib. AMEA Fizika İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Təyyar CəfərovElmi Şuranın büro uzvü, akademik Maqsud Əliyev, AMEA-nın müxbir üzvləriBahadur Tağıyev və Cavad Abdinov, professorlar Hüsnü Əjdərov, AMEA Kimya Problemləri İnstitutunun əməkdaşı, professor Mirsəlim Seyidov və Azərbaycan Milli Aviasiya Akademiyasının professoru Kərim Allahverdiyev Elmi Şuranın üzvü seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: