Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.04.2017 09:53
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq konfransda məruzə edib

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq konfransda məruzə edib

29-31 mart tarixlərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) “Rusiyada 1917-ci il inqilabının 100-cü ildönümü” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Sankt-Peterburq Dövlət Universiteti, Rusiya EA Tarix-Filologiya Bölməsi, Rusiya EA Tarix İnstitutunun və Moskva Dövlət Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Dünyanın 10-dan çox ölkəsindən tarixçi və siyasətşünas alimlərin iştirak etdikləri beynəlxalq konfransın bölmə iclasında AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı “Fevral inqilabı və Antanta dövlətlərinin Cənubi Qafqaz siyasəti” adlı məruzə ilə çıxış edib. Maraqla qarşılanan məruzədə Fevral inqilabından sonra Cənubi Qafqazda yaranmış şərait, Antanta ölkələrinin siyasətinin fəallaşmasının səbəbləri və həyata keçirilməsi üçün atılan praktik addımlar ən mötəbər arxiv materialları və sənədli mənbələr əsasında iştirakçıların diqqətinə çatdırılıb.

Bölmə iclasına Rusiyanın Əməkdar elm xadimi, MDU-nun Beynəlxalq münasibətlərin sosiologiyası kafedrasının müdiri, professor Pavel Çıqankov sədrlik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: