Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2017 10:15
  • A-
  • A
  • A+

Kvadratik yaxınlığa nəzərən t-freymlilik xassəsinin dayanıqlığı isbat olunub

Kvadratik yaxınlığa nəzərən t-freymlilik xassəsinin dayanıqlığı isbat olunub

Bu gün Riyaziyyat və Mexanika İnstitutunda baş tutan ümuminstitut seminarında Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov “Atomar ayrılış və freymlərin bəzi  sualları. t-freymlər. Separabel olmayan hilbert fəzalarında  hesabi olmayan freym anlayışı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə hilbert və banax fəzalarında freymlərə baxılıb və Nöter inikası zamanı onların xassələri öyrənilib. Bundan əlavə, kvadratik yaxınlığa nəzərən t-freymlilik xassəsinin dayanıqlığı isbat olunub.

Eyni zamanda, sadə Bessel sistemlərə və freymlərə aid bir çox nəticələr baxılan hala köçürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: