Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA İqtisadiyyat İnstitutunda Xocalı faciəsinin anım tədbiri keçirildi
26.02.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İqtisadiyyat İnstitutunda Xocalı faciəsinin anım tədbiri keçirildi

Bu gün AMEA İqtisadiyyat İnstitutunda Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən natiqlər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə dinc əhaliyə qarşı planlı şəkildə həyata keçirilən qanlı qırğını təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyət və insanlığa qarşı törədilmiş ən ağır cinayət biri kimi səciyyələndirdilər.

Qeyd edildi ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edib.

Diqqətə çatdırıldı ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edib. Bildirdi ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törədiblər: “Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: