Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr Xaçmazda dinlənilib
12.06.2017 09:24
  • A-
  • A
  • A+

“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr Xaçmazda dinlənilib

“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr iyunun 9-da Xaçmazdakı Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi mühazirələrdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün NağısoyluRiyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında məruzələrlə çıxışlar ediblər.

Mühazirələrdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda sabitlik yaranıb, xalqın dövlətə inamı möhkəmlənib, vətəndaşın hüquq və azadlıqlarının təmin olunmasına yol açılıb və bu yolun uğurla davam etdirilməsi Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə şərait yaradıb.

Məruzəçilər son illərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs ediblər.

İnteraktiv formada keçən mühazirələrdə sakinlər çıxış edərək onları maraqlandıran məsələlərə toxunub, dövlətimizin başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: