Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yazıçı-tədqiqatçı Ramiz Dənizin kitablarının təqdimatı keçirildi
06.03.2014 00:00
  • A-
  • A
  • A+

Yazıçı-tədqiqatçı Ramiz Dənizin kitablarının təqdimatı keçirildi

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda yazıçı-tədqiqatçı Ramiz Dənizin (Qasımov) “Xristofor Kolumb, Nəsrəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”, “Əsrləri qabaqlamış alim – Nəsrəddin Tusi” və “Braziliyanın müəmmalı kəşfi” kitablarının təqdimatı keçirilib.

Tədbirdə bu elm müəssisəsinin elmi işlər üzvə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə yazıçının yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, ölkənin inkişafı, gücü onun insanlarının intellektual səviyyəsindən çox asılıdır: “Ramiz Dəniz elə yazıçılardandır ki, yazdığı əsərin mövzusunu dərindən öyrənib araşdırdıqdan sonra dəqiq faktlara istinad edərək mühüm nəticələri üzə çıxarır, hamıya məlum olmayan informasiyanı oxuculara çatdırır”.

İnstitutun baş elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Məhərrəm Həsənov və başqaları yazıçının oxucuya daha zəngin məlumat çatdırmaq bacarığını, kitablarının oxunaqlı, maraqlı dildə yazıldığını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: