Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ulduzlara virtual səyahət
31.10.2013 00:00
  • A-
  • A
  • A+

Ulduzlara virtual səyahət

“Microsoft” korporasiyasının elmi layihələrindən biri olan WorldWide Telescope artıq Moskva planetariyası üçün də əlçatandır. Belə ki, Moskva planetariyasının “Lunarium” zalında interaktiv stend işə salınıb.

 

“Computerworld” jurnalının məlumatına görə, burada ziyarətçilər Kinect sensoru vasitəsilə ulduzlara virtual səyahət edə, kainatın sirləri və Yer kürəsindən minlərlə işiq ili uzaqda olan dünyalarla tanış ola biləcəklər.

 

WorldWide Telescope proqramı – bulud verilənləri anbarı teleskoplardan və kosmik stansiyalardan kainata dair əldə edilmiş görüntülərin terabaytlarını böyük bir kainat panoramasında birləşdirir. Microsoft Research-in elmi-tədqiqat bölməsinin bu layihəsi Günəş sistemi və Yer kürəsi planetlərini ətraflı şəkildə gözdən keçirməyə, bürcləri öyrənməyə, həmçinin baş vermiş və baş verəcək göy hadisələrini müşahidə etməyə imkan verir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: