Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan torpaqlarının üzvi karbon xəritəsi hazırlanıb
26.12.2017 09:21
  • A-
  • A
  • A+

Azərbaycan torpaqlarının üzvi karbon xəritəsi hazırlanıb

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və Su Ehtiyatlarının İdarə edilməsi və Ətraf Mühitin Mühafizəsi Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə şura sədri, AMEA-nın müxbir üzvü Amin İsmayılov çıxış edərək gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra akademik Məhərrəm Babayev görkəmli torpaqşünas alim, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı təqdimatla çıxış edib və xatirələrini bölüşüb. 

İclasda, həmçinin 5 Dekabr - Ümumdünya Torpaq Günü çərçivəsində görülən işlər də müzakirə edilib. A.İsmayılov BMT-nin Qlobal Torpaq Əməkdaşlığı proqramı çərçivəsində hazırlanmış "Azərbaycan torpaqlarının üzvi karbon xəritəsi"nin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən dərc edilmiş "Qlobal üzvi torpaq karbonu xəritəsi"nə daxil edildiyini bildirib.

Alim bundan əlavə, proqrama uyğun olaraq “Azərbaycan Milli Torpaq Təsnifatının Beynəlxalq Sistemə İnteqrasiyası” (M.Babayev, A.İsmayılov, S.Hüseynova) adlı monoqrafiyanın hazırlandığını da deyib.

Daha sonra Elmi Şuraya təqdim edilmiş dissertasiya mövzuları müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: