AMEA Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik məişət əşyası daxil olub. Bu, məişətimizdə geniş istifadə olunan əl tərəzisidir.
XIX əsrin sonu - XX əsrin əvvəlinə aid edilən əl tərəzisi ölçü vahidi kimi müxtəlif məqsədlərlə işlədilib. Dirək formasında olan tərəzi bürüncdəndir, bir tərəfində yoğun tutacağı var.
Məişət əşyası muzeyin Etnoqrafiya fonduna təhvil verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.