Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

"Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda "açıq dərs" keçirilib
28.03.2018 10:15
  • A-
  • A
  • A+

"Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda "açıq dərs" keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları üçün "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzusunda "açıq dərs" keçirilib.

Dərs zamanı kursantlara görkəmli dramaturqun həyat və yaradıcılığı, eləcə də ailə üzvləri haqqında ətraflı məlumat verilib. Bundan əlavə, ədibin "Ana", "Maral", "Şeyda", "Şeyx Sənan", "Peyğəmbər", "Topal Teymur" və digər dram əsərlərinin mövzu və ideyasından bəhs edilib.

Liseyin kursantları, həmçinin böyük sənətkara və Cavidlər irsinə həsr olunan “Cavid hikməti: seçmə aforizmlər”, “Cavidşünaslıq” -araşdırmalar toplusu, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” və digər nəşrlərlə tanış olublar.© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: