Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Torpaqda şorlaşmanın qarşısının alınması ilə bağlı müzakirələr aparılıb
29.03.2018 10:54
  • A-
  • A
  • A+

Torpaqda şorlaşmanın qarşısının alınması ilə bağlı müzakirələr aparılıb

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi yanında yaradılmış Koordinasiya Şurasının ilk iclası keçirilib.

Tədbiri Kənd Təsərrüfatı nazirinin birinci müavini Seyfəddin Talıbov açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, iclasda istehsalat-elm-təhsil konsepsiyasının əsas götürülərək torpağın münbitliyinin təmini, torpaqda şorlaşmanın qarşısının alınması, ekoloji təmiz kənd təsərrüfatı məhsulunun əldə olunması və digər məsələlərlə bağlı müzakirələrin aparılacağını bildirib.

Daha sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin torpaqlarda şorlaşma və şorakətləşmə proseslərinin yaranma səbəbləri, onların yaxşılaşdırılması məqsədilə aqromeliorativ və aqrotexniki tədbirlər sistemlərinin tətbiqinin zəruriliyi ilə bağlı məruzəsi dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: