AMEA RH-nin qərarına əsasən, jurnalın baş redaktoru AMEA prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın müxbir üzvləri Qalib Əfəndiyev, Fəxrəddin Qədirov, Ramiz Məmmədov təyin olundu. Beynəlxalq redaksiya şurasının tərkibinə isə İtaliyanın Milan Bikokko Universitetinin professoru Tibaldi Alessandro, Gürcüstanın Geofizika İnstitutunun professoru David Chelidze, İsrailin Tel-Əviv Universitetinin professoru Lev Eppelbaum və digər universitetlərdən alim və mütəxəssislər təyin olundu.
İclasda, həmçinin “AMEA-nın Xəbərləri” (fizika-texnika və riyaziyyat elmləri seriyası) jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilərək vəfatı ilə əlaqədar olaraq AMEA-nın müxbir üzvü Bala İsgəndərovun jurnalın riyaziyyat buraxılışının redaksiya heyətinin tərkibindən çıxarılması qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.