Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Elmi nəşriyyat şurası yaradıldı
23.07.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın Elmi nəşriyyat şurası yaradıldı

22 iyul 2014-cü il tarixdə AMEA Rəyasət Heyətində AMEA Elmi nəşriyyat şurasının yaradılmasına həsr olunmuş iclas keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələ haqqında məlumat verdi. AMEA rəhbəri Elmi nəşriyyat şurasının yaradılmasının zəruriliyini vurğuladı. Qeyd etdi ki, yeni yaradılacaq şura AMEA-da nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elmi uğurların dünya ictimaiyyətinə çatdırılması, eləcə də çapla bağlı yaranmış problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən akademik Teymur Kərimli, akademik Vasif Babazadə, akademik İradə Hüseynova, akademik Urxan Ələkbərov, hüquq elmləri doktoruAlış Qasımov və digərləri öz təklif və tövsiyələrini səsləndirdilər.

Sonda AMEA Elmi nəşriyyat şurasının təklif olunan tərkibdə yaradılması haqqında qərar qəbul olundu. Qərara alındı ki, şura daxilində fizika-riyaziyyat və texnika, kimya, yer, ictimai, humanitar və həyat haqqında elmlər bölmələri fəaliyyət göstərsin. Həmçinin, AMEA-nın nəşriyyat fəaliyyətini tənzimləyən əsasnamənin layihəsini hazırlanıb AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim etmək qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: